​Son 4 ayda Ermənistan ordusunun 94 hərbçisi əlil statusu alıb

​Son 4 ayda Ermənistan ordusunun 94 hərbçisi əlil statusu alıb Onların 14-ü Azərbaycanın işğal altındakı torpaqlarında əlil olublar
Region
18 Avqust , 2016 09:38
​Son 4 ayda Ermənistan ordusunun 94 hərbçisi əlil statusu alıb

Bakı. 18 avqust. REPORT.AZ/ Son 4 ayda Ermənistan Silahlı Qüvvələrinin 94 hərbçisi əlil statusu alıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Hərbi-Sosial Ekspert Agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, Azərbaycanın işğal altında olan torpaqlarındakı aprel döyüşlərindən sonra Ermənistan ordusunun 14 hərbçisi əlil olub.

Məlumata görə, bu il aprelin 11-dən etibarən 94 erməni hərbçisi əlil statusu alıb, amma bu yekun göstərici deyil. Çünki əlil statusu almaq üçün müraciət etməyən hərbçilər də var. 

Son xəbərlər

Orphus sistemi