Bakı. 8 noyabr. REPORT.AZ/ Son beş il ərzində Şimali Qafqazda keçirilən antiterror əməliyyatları zamanı təhlükəsizlik orqanılarının 875 əməkdaşı öldürülüb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu statistik göstəriciləri açıqlayan Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə İdarəsinin rəisi Sergey Çençik ölənlərin ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı çatdırıb.
"Əfsuslar olsun ki, Rusiyanın ən seçkin övladları terrorçulara qarşı mübarizədə qəhrəmanlıqıa həlak olurlar", - deyə Çençik vurğulayıb.