Bakı. 9 sentyabr. REPORT.AZ/ Şimali Koreyada dövlət başçısı Kim Yong In haqda lətifə yaymaq, danışmaq qadağan edilib.
"Report" Haberturk-ə istinadən xəbər verir ki, bu haqda "Radio Free Asia" radiosunun Koreya redaksiyası məlumat yayıb.
İnfromasiyaya əsasən, ölkədəki totalitar rejimi aşağılayıcı, tənqidedici açqılamalarla zarafat, hətta hakimiyyəti dolayı yolla tənqid etmək qadağan olunub.
Məlumata görə, ölkənin əhalisinin sayı bir milyon 300 min olan Çaqando (Chagang) şəhərinin sakini bu qadağa ilə bağlı bildirib: "Dövlətin məsul şəxslərində biri yerli sakinlərlə bir görüş keçirib. O, bildirdi ki, bu tədbir daxili əksinqilabi potensial düşmən ünüsürlərə qarşıdır".