Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırılıb - FOTO

Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırılıb - FOTO Aksiya iştirakçıları Səudiyyə Ərəbistanının bayrağını yerə salaraq binanın bir hissəsini yandırıblar
Region
3 Yanvar , 2016 00:41
Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırılıb - FOTO

Bakı. 3 yanvar. REPORT.AZ/ Şiə din xadimi Nimr ən-Nimrin edamına etiraz edən yüzlərlə Məşhəd sakini ötən axşam Səudiyyə Ərəbistanının konsulluq binasına hücum ediblər.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Səudiyyə Ərəbistanının bayrağını yerə salaraq binanın bir hissəsini yandırıblar. 

Paytaxt Tehranda da iranlı tələbələr Səudiyyə Ərəbistanın səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.   

Qeyd edək ki, ötən gün İranın Səudiyyə Ərəbistanındakı səfirinə etiraz notası təqdim olunub. Beləliklə, rəsmi Ər-Riyad İran rəsmilərinin Səudiyyə Ərəbistanının məhkəmə sistemi ilə bağlı tənqidi bəyanatlarına etiraz edib.

Xatırladaq ki, ötən gün əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.

Son xəbərlər

Orphus sistemi