​Səudiyyə Ərəbistanı kralı Türkiyədə səfərdədir

​Səudiyyə Ərəbistanı kralı Türkiyədə səfərdədir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Ankarada Əsənboğa hava limanında qarşılayıb
Region
11 Aprel , 2016 16:48
​Səudiyyə Ərəbistanı kralı Türkiyədə səfərdədir

Bakı. 11 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Türkiyəyə səfər edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kralı Ankarada Əsənboğa hava limanında qarşılayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səudun Türkiyəyə səfəri aprelin 11-dən 15-dək davam edəcək. Ankaraya səfərindən sonra kral İstanbula yollanacaq və orada aprelin 14-15-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitinə qatılacaq.

Son xəbərlər

Orphus sistemi