​Sergey Lavrov 12 ilin 178 gününü təyyarədə keçirib

​Sergey Lavrov 12 ilin 178 gününü təyyarədə keçirib O, təkcə ötən il Azərbaycan da daxil 28 ölkədə olub
Region
10 Fevral , 2016 02:15
​Sergey Lavrov 12 ilin 178 gününü təyyarədə keçirib

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın "Kommersant" nəşri 10 fevral tarixində ölkədə qeyd olunan Diplomatiya günü münasibəti ilə yerli xarici siyasət idarəsindən xarici işlər naziri Sergey Lavrovun tutduğu vəzifə dövründə uçuşlarının müddəti barədə məlumat əldə edib.

"Report"un xəbərinə görə, məlum olub ki, XİN rəhbəri 2004-cü ildən təyyarələrin göyərtəsində təqribən 4284 saat (bu 178,5 gün edir) keçirib və bu müddət ərzində 3 milyon 358 min 363 kilometr qət edib ki, bu da Yer kürəsi ətrafında 83 dəfə dövrə vurmağa bərabərdir.

Sergey Lavrov təkcə ötən il Azərbaycan da daxil olmaqla 28 ölkədə səfərdə olub. Bununla belə, o, bu ölkələrin bəzilərini bir neçə dəfə ziyarət edib. Xüsusilə də söhbət İranın nüvə proqramı üzrə beynəlxalq danışıqların aparıldığı Avstriyadan gedir.

Son xəbərlər

Orphus sistemi