Səməd Seyidov: "Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər bütün dünya üçün nümunə ola bilər"

Səməd Seyidov: "Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər bütün dünya üçün nümunə ola bilər" Batumidə xarici işlər üzrə parlament komitələrinin iclası keçirilib
Region
28 Noyabr , 2014 13:32
Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər bütün dünya üçün nümunə ola bilər

Bakı. 28 noyabr. REPORT.AZ/ Batumidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər üzrə parlament komitələrinin II iclası keçirilib. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, iclasda komitə rəhbərləri Səməd Seyidov, Tedo Caparidze və Əhməd Berat Çonkar üçtərəfli parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Azərbaycanın xarici işlər üzrə parlament komitəsinin sədri Səməd Seyidov iclasda çıxış edərək, bildirib ki, üç ölkə arasında münasibətlər bütün dünya üçün nümunə ola bilər: "İlk iclas Bakıda keçirilib. Mühüm məsələlər müzakirə olunub, əlaqələr qurulub. Bu münasibətləri gələcəkdə də davam etdirmək haqqında qərar qəbul olunub".

Qeyd edək ki, xarici işlər üzrə parlament komitələrinin III iclası Türkiyədə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi