Səfir: "Rusiya "Türk axını" layihəsindən imtina etmir"

Səfir: "Rusiya "Türk axını" layihəsindən imtina etmir" Karlov: "Bu məsələdə top əsasən Türkiyə tərəfindədir"
Region
9 Fevral , 2016 11:40
Səfir: Rusiya Türk axını layihəsindən imtina etmir

Bakı. 9 fevral. REPORT.AZ/ "Rusiya "Türk axını" qaz kəməri layihəsindən imtina etmir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov deyib.

Onun sözlərinə görə, hazırda layihənin taleyini proqnozlaşdırmaq çox çətindir: "Bu məsələdə top əsasən Türkiyə tərəfindədir. 1 dekabr 2014-cü il tarixində bu layihə üzrə memorandum imzalandıqdan sonra biz üzərimizə düşən işi qısa vaxtda həyata keçirdik. Amma türkiyəli tərəfdaşlarımızın cavan addımlarına hazır olmaması faktı ilə qarşılaşdıq. Ötən il Türkiyədə gərgin siyasi vəziyyət, iki parlament seçkisi səbəbiylə qarşı tərəf heç cür hökumətlərarası saziş üzrə danışıqlara başlaya bilmədi. Cari şərtlər altında layihənin taleyini proqnozlaşdırmaq çox çətindir. Buna görə də biz ilk növbədə Türkiyənin tərəfinin ağıllanacağını və hökumətlərarası münasibətləri normallaşdırmaq üçün lazımlı addımları atacağını gözləyirik".

Son xəbərlər

Orphus sistemi