​Seda Sayan əsgər və polis fondlarına 100 min manat pul köçürüb

​Seda Sayan əsgər və polis fondlarına 100 min manat pul köçürüb Türkiyənin bir çox tanınmış sənət adamı da bu kampaniyaya qoşulub
Region
9 Sentyabr , 2015 18:32
​Seda Sayan əsgər və polis fondlarına 100 min manat pul köçürüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Türkiyənin tanınmış sənətçisi Seda Sayan Türkiyə Silahlı Qüvvələrinin fonduna 200 min türk lirəsi (təxminən 70 min manat), Polis Fonduna isə 80 min lirə (təxminən 30 min manat) məbləğində pul köçürüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, həmin fondlara pul köçürmələri arasında rekord məbləğ sayılır.

Xəbərdə bildirilib ki, Türkiyənin bir çox tanınmış sənət adamı, o cümlədən, Demet Akalın, Semiha Yankı, Pınar Altuğ Atacan, Didem Uzel, Aslı Hünel, Nida Ünsal, Doğuş və başqaları da bu kampaniyaya qoşulub.  

Son xəbərlər

Orphus sistemi