​Saxalin adasının şimalında dənizdə 7 nəfər itkin düşüb

​Saxalin adasının şimalında dənizdə 7 nəfər itkin düşüb Hazırda onların axtarışları aparılır
Region
28 İyul , 2016 04:45
​Saxalin adasının şimalında dənizdə 7 nəfər itkin düşüb

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiyanın Saxalin adasının şimalında, dənizdə yeddi nəfər itkin düşüb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, itkin düşənlərin balıqçılar olduğu bildirilir. 

Hazırda onların axtarışları aparılır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yatydığı məlumata görə, yoxa çıxmış beş nəfərlik qayıqda yeddi nəfər olub.

"İlkin məlumata görə, itkin düşənlər qayıqda yeddi nəfər olublar. Onlardan beşi kişi, ikisi qadın imiş. Bundan əlavə, itkin düşmüş qrup üzvlərinin tam və ya qismən sərxoş vəziyyətdə olmaları haqda məlumatlar daxil olub" – deyə məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, bu gün axtarış işlərinə iki helikopter cəlb ediləcək. 

Son xəbərlər

Orphus sistemi