Sarqsyan Ərdoğana başsağlığı verib

Sarqsyan Ərdoğana başsağlığı verib “Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Həlak olanların yaxınlarına səbr, yaralılara isə şəfa diləyirəm”
Region
21 İyul , 2015 06:43
Sarqsyan Ərdoğana başsağlığı verib

Bakı. 21 iyul. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində baş verən qanlı terror aktı ilə bağlı Rəcəb Tayyip Ərdoğana qısa başsağlığı məktubu ünvanlıyıb.

"Report"un "Arminfo"ya istinadən verdyi məlumata əsasən, Sarqsyanın başsağlığında deyilir: “Xəbərdən kədərləndim. Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirəm. Həlak olanların yaxınlarına səbr, yaralılara şəfa diləyirəm”.

Qeyd edək ki, Suruç şəhərində törədilən teror aktı nəticəsində ölənlərin sayı 31-a çatıb. Yüzdən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi