Sanksiya siyahısından çıxarılmış İran bankları SWIFT sisteminə qayıdacaq

Sanksiya siyahısından çıxarılmış İran bankları SWIFT sisteminə qayıdacaq Hələ də sanksiyaya məruz qalan banklar sistemə qoşula bilməyəcək
Region
18 Yanvar , 2016 10:18
Sanksiya siyahısından çıxarılmış İran bankları SWIFT sisteminə qayıdacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa İttifaqının sanksiya siyahısından çıxarılmış İran bankları SWIFT sisteminə qayıdacaq. "Report" xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Məlumatda, həmçinin qeyd olunub ki, hələ də sanksiyaya məruz qalan banklar sistemə qoşula bilməyəcək.

Aİ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarını aradan qaldırması prosesi artıq qüvvəyə minib. Bu barədə qurumun rəsmi jurnalında dərc edilən rəsmi sənədin mətnində deyilir.

Sənəddə qeyd olunur ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yekun bəyanatı İranın həqiqətən nüvə proqramı üzrə sazişin şərtlərinin yerinə yetirdiyini təsdiq edib.

Son xəbərlər

Orphus sistemi