Sabir Hacıyev: “Gürcüstanda yaşayan azərbaycanlılar seçkilərdə fəal iştirak edirlər”

Sabir Hacıyev: “Gürcüstanda yaşayan azərbaycanlılar seçkilərdə fəal iştirak edirlər” "Ciddi qanun pozuntusu qeydə alınmayıb"
Region
8 Oktyabr , 2016 16:15
Sabir Hacıyev: “Gürcüstanda yaşayan azərbaycanlılar seçkilərdə fəal iştirak edirlər”

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ “Gürcüstanda yaşayan azərbaycanlılar səsvermədə fəal iştirak edirlər”.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının üzvü, Milli Məclisinin deputatı Sabir Hacıyev bildirib.

Onun sözlərinə görə, müşahidə missiyası səhər 7:30-da məntəqələrdə olublar: "Səsvermə ilə əlaqədar bütün texniki məsələlər yüksək səviyyədə təşkil olunub. AŞPA müşahidə missiyası Gürcüstanda keçirilən parlament seçkilərində hələlik elə bir ciddi qanun pozuntusu ilə qarşılaşmayıb”.

S.Hacıyev deyib ki, seçicilər də səsvermədə fəal iştirak ediblər: “Biz AŞPA-nın müşahidəçiləri olaraq Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun kəndlərində müşahidə apardıq. Səsvermə tam sakit və demokratik keçir. Ciddi qanun pozuntusu qeydə alınmayıb. Azərbaycanlı seçicilər də Gürcüstanın ictimai siyasi həyatında mühüm hadisə olan seçkilərdə fəal iştirak edirlər”.

“AŞPA-nın müşahidə missiyası oktyabrın 9-da seçkilərin təşkili və səsvermə ilə əlaqədar yekun rəyini açıqlayacaq”, - deyə deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi