​Sabah Omskda matəm günüdür

​Sabah Omskda matəm günüdür Vilayətdə Rusiyanın dövlət bayrağı endiriləcək, bütün əyləncəli tədbirlər təxirə salınacaq
Region
13 İyul , 2015 19:07
​Sabah Omskda matəm günüdür

Bakı. 13 iyul. REPORT.AZ/ Rusiyanın Omsk şəhərində kazarmanın uçması nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədilə iyulun 14-də vilayətdə matəm günü elan olunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Omsk vilayətinin qubernatoru Viktor Nazarov uyğun sərəncam imzalayıb.

Sabah vilayətdə Rusiyanın dövlət bayrağı endiriləcək, bütün əyləncəli tədbirlər təxirə salınacaq.

Qeyd edək ki, iyulun 13-də Omskda Hərbi Desant Təlim Mərkəzinin kazarması uçub. Dağıntılar altından 42 hərbçi çıxarılıb, onlardan 23-ü ölüb, 19-u isə xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi