Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı 5 dəfə artıb

Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı 5 dəfə artıb Vadim Qorelov: "Viza ilə Rusiyaya getmək istəyənlərin sayı elə kəskin artmasa da, onların sırası daimi genişlənir"
Region
27 Yanvar , 2016 10:07
Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı 5 dəfə artıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyaya səfər etmək istəyən Gürcüstan vətəndaşlarına verilən vizaların sayı 5 dəfə artıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu İsveçrənin Tbilisidəki səfirliyindən Rusiyanın Gürcüstanda maraqlarını müdafiə edən bölmənin rəhbəri Vadim Qorelov bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə Rusiyaya səfər etmək istəyən Gürcüstan vətəndaşlarına gün ərzində 70 viza verildiyi halda hazırda bu rəqəm 350-yə çatıb.

V.Qorelov deyib ki, viza ilə Rusiyaya getmək istəyənlərin sayı elə kəskin artmasa da, onların sırası daimi genişlənir.

Son xəbərlər

Orphus sistemi