Rusiyanın baş naziri Ermənistana səfər edəcək

Rusiyanın baş naziri Ermənistana səfər edəcək Görüş haqqında ilkin razılaşma Ermənistanın Baş Nazirinin RF-yə səfəri zamanı əldə olunub
Region
20 Avqust , 2014 16:34
Rusiyanın baş naziri Ermənistana səfər edəcək
Bakı. 20 avqust. REPORT.AZ/ Rusiya Federasiyasının (RF) baş naziri Dmitri Medvedev sentyabr ayının ilk yarısında Ermənistana səfər edəcək. Report erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan bildirib. 

Onun sözlərinə görə, səfər sentyabr ayının 8-9-na planlaşdırılır. Görüş haqqında ilkin razılaşma Ermənistanın baş naziri O.Abramyanın bu yaxınlarda RF-yə səfəri zamanı əldə olunub. 

Abramyan həmçinin qeyd edib ki, yaxın gələcəkdə Gürcüstan və İranın baş nazirləri ilə görüşməyi planlaşdırır. Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqust ayının 21-də Ermənistana rəsmi səfər edəcək, sentyabr ayının 15-də isə Abramyan İrana gedəcək. 

Son xəbərlər

Orphus sistemi