Rusiya və Türkiyə XİN başçıları Suriya məsələsini müzakirə ediblər

Rusiya və Türkiyə XİN başçıları Suriya məsələsini müzakirə ediblər Mövlud Çavuşoğlu rusiyalı həmkarına "Fırat Kalkanı" əməliyyatı barədə məlumat verib
Region
31 Avqust , 2016 18:57
Rusiya və Türkiyə XİN başçıları Suriya məsələsini müzakirə ediblər

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-nin mətbuat xidmətindən bildirilib ki, nazirlər Rusiya-Türkiyə münasibətlərinin aktual məsələləri, eləcə də Rusiya-Türkiyə prezidentlərinin bu il avqustun 9-da Sankt-Peterburq görüşündə əldə olunan razılaşmaların icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, nazirlər Suriyadakı vəziyyəti də müzakirə ediblər. M.Çavuşoğlu rusiyalı həmkarına "Fırat Kalkanı" əməliyyatı barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi