Bakı. 23 dekabr. REPORT.AZ/ "Rusiyanın Ukraynaya qarşı təcavüzü dünya görüşünün müharibəsidir".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın prezidenti Pyotr Poroşenko İsrail parlamentindəki çıxışı zamanı bildirib.
"Mən bir daha qeyd etmək istəyirəm, Rusiyanın Ukraynaya qarşı təcavüzü ancaq ərazi müharibəsi deyil. Rusiyanın böyük ərazisi var. Bu, dünya görüşünün savaşı, azadlıq və demokratiyaya qarşı müharibədir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Ukrayna prezidenti dünən İsrailə dövlət səfəri edib.