Rusiyanın Omsk vilayətində baş vermiş yanğında 4 nəfər ölüb

Rusiyanın Omsk vilayətində baş vermiş yanğında 4 nəfər ölüb İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub
Region
5 Sentyabr , 2016 04:34
Rusiyanın Omsk vilayətində baş vermiş yanğında 4 nəfər ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiyanın Omsk vilayətindəki evlərdən birində baş vermiş yanğında 1-i qadın olmaqla nəfər ölüb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb

"Krutaya Qorka"da yanğının söndürülməsindən sonra hadisənin baş verdiyi ərazidə 3 kişinin və 1 qadının cəsədi aşkarlanıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub" – deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.

Yanğının söndürülməsinə 5 yanğınsöndürən və 2 texnika cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi