​Rusiyanın Maliyyə Nazirliyi "Rosneft"i sata bilər

​Rusiyanın Maliyyə Nazirliyi "Rosneft"i sata bilər Şirkət səhmlərinin 19,5%-i satışa çıxarılacaq
Region
17 Dekabr , 2015 01:26
​Rusiyanın Maliyyə Nazirliyi Rosnefti sata bilər

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya hökuməti "Rosneft"dəki payını 2016-ci il üçün özəlləşdirməyə hazırlayır.

"Report" xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anton Siluanov məlumat verib.

Onun sözlərinə görə, satışa şirkət səhmlərinin 19,5%-i çıxarılacaq.

Paketin minimal dəyəri 500 milyard rubl təşkil edəcək.

Nazir qeyd edib ki, aktivi almaq istəyən namizədlər arasında Çin səhmdarları da var. Hazırda İqtisadi İnkişaf Nazirliyi özəlləşdirilmə üzərində işləyir.

"Rosneft"in 69,5%-i "Rosnefteqaz" dövlət şirkətinə, 19,75%-i isə Britaniyanın BP şirkətinə məxsusdur. Belə olan halda, səhmlər satıldıqdan sonra dövlət Rusiyanın iri neft şirkəti üzərində nəzarətini saxlamış olacaq.

Son xəbərlər

Orphus sistemi