​Rusiyanın iki mindən çox hərbçisi Dağıstanda təlimə başlayır

​Rusiyanın iki mindən çox hərbçisi Dağıstanda təlimə başlayır Martın ortalarında isə döyüş atıcılığı ilə taktiki təlim keçirilməsi planlaşdırılıb
Region
2 Mart , 2016 14:27
​Rusiyanın iki mindən çox hərbçisi Dağıstanda təlimə başlayır

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsinin motoatıcı briqadasının 2 mindən çox hərbçisi Dağıstanın dağlıq ərazisində hərbi təlim keçirəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, martın 2-dən Cənub Hərbi Dairəsinin Çeçenistanda yerləşən motoatıcı briqadasına məxsus hərbi texnika və hərbiçilər Dağıstandakı poliqondadır.

Martın ortalarında isə döyüş atıcılığı ilə taktiki təlim keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi