​Bakıda olan Rusiyanın hərbi gəmiləri Həştərxandakı bazaya qayıdır

​Bakıda olan Rusiyanın hərbi gəmiləri Həştərxandakı bazaya qayıdır Həmin gəmilər Xəzərdə 3 501 km yol qət ediblər
Region
18 Avqust , 2015 15:52
​Bakıda olan Rusiyanın hərbi gəmiləri Həştərxandakı bazaya qayıdır

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıya rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmiləri avqustun 21-də Həştərxandakı bazaya qayıdacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Cənubi Hərbi Dairəsi məlumat yayıb.

Qeyd edək ki, gəmilər avqustun əvvəlindən Xəzərə çıxıb və İranın Ənzəli limanı və Bakıda olub, ümumilikdə, 3 501 km (1 945 mil) yol qət ediblər. 

Son xəbərlər

Orphus sistemi