​Rusiyanın Gümrüdəki hərbçisi Rostovda mühakimə oluna bilər

​Rusiyanın Gümrüdəki hərbçisi Rostovda mühakimə oluna bilər Şimali Qafqaz Hərbi Dairə Məhkəməsinin sədri Mixail Ptitsın: "Məhkəmə işi Qafqaz Hərbi Dairə Məhkəməsindədir"
Region
28 Fevral , 2015 14:16
​Rusiyanın Gümrüdəki hərbçisi Rostovda mühakimə oluna bilər

Bakı.28 fevral. REPORT.AZ/ Rusiyanın Gümrüdəki hərbi bazasının müddətli əsgəri Valeri Permyakovun məhkəməsi Rusiya ərazisində keçirilə bilər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Şimali Qafqaz Hərbi Dairə Məhkəməsinin sədri Mixail Ptitsın deyib.

Onun sözlərinə görə, hazırda Permyakov Gümrüdə psixoloq-psixiatr müayinəsindən keçir: "Hələ ki, məhkəmənin keçiriləcəyi yer dəqiqləşdirilməyib. Məhkəmə prosesi İrəvanda, yaxud Rostov-Donda keçirilə bilər. Məhkəmə işi Qafqaz Hərbi Dairə Məhkəməsindədir".

Xatırladaq ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi