Rusiyanın Ermənistandakı səfirliyi radio açacaq

Rusiyanın Ermənistandakı səfirliyi radio açacaq Radio bir il fəaliyyət göstərəcək
Region
22 İyun , 2016 15:51
Rusiyanın Ermənistandakı səfirliyi radio açacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyanın Ermənistandakı səfirliyinə radio açmağa icazə verilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İctimai Xidmətin Tənzimlənməsi Komissiyasının təmsilçisi bildirib.

İnfromasiyaya əsasən, səfirlik radionun 2016-cı ilin oktyabrın 1-dən etibarən yayıma başlayacağı haqqında öhdəlik götürüb. Məlumatda bildirilib ki, radionun ötürücü qurğusu Moskvanın Yerevandakı səfirliyini ərazisində yerləşdiriləcək.

Radio bir il fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi