Rusiyanın Ermənistandakı hərbi bazasında təlimlər keçirilir

Rusiyanın Ermənistandakı hərbi bazasında təlimlər keçirilir Bir ay ərzində pilotsuz aparatların uçuşa hazırlıq təcrübəsi üzərində işləniləcək
Region
17 Avqust , 2015 13:49
Rusiyanın Ermənistandakı hərbi bazasında təlimlər keçirilir

Bakı. 17 avqust. REPORT.AZ/ Rusiya Ermənistanda hərbi təlimlərə başlayıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, təlimlər Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının pilotsuz uçan aparatlar bölməsində keçirilir.  

"Kompleks məşqlərdə ixtisaslı təlimatçılar daha əvvəl "Navodçik-2" müasir kompleksinin avadanlıq hissəsini və onun təyyarələrinin işə salınmasını öyrənən yüzdən artıq hərbçiyə təlim keçəcək", - Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib. 

Bir ay ərzində bölmə pilotsuz aparatların uçuşa hazırlıq təcrübəsi üzərində işləyəcək.

Son xəbərlər

Orphus sistemi