​Rusiyanın Ermənistandakı hərbi bazasında motoatıcı bölmələrin təlimi keçirilir

​Rusiyanın Ermənistandakı hərbi bazasında motoatıcı bölmələrin təlimi keçirilir Bir ay davam edəcək təlimdə mindən çox hərbçi iştirak edir
Region
13 Yanvar , 2016 13:10
​Rusiyanın Ermənistandakı hərbi bazasında motoatıcı bölmələrin təlimi keçirilir

Bakı.13 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı Kamxud və Alagəz poliqonlarında motoatıcı bölmələrinin atıcılıq təlimi başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər dəniz səviyyəsindən 1,5- 2,5 km yüksəklikdə keçirilir.

Bir ay davam edəcək təlimdə mindən çox hərbçi iştirak edir. 

Son xəbərlər

Orphus sistemi