​Rusiya Ermənistandakı hərbi bazasının rəhbərliyini istefaya göndərib

​Rusiya Ermənistandakı hərbi bazasının rəhbərliyini istefaya göndərib Hərbçilərə məsləhət vermiş psixoloq da işdən çıxarılıb
Region
16 Fevral , 2015 16:00
​Rusiya Ermənistandakı hərbi bazasının rəhbərliyini istefaya göndərib

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının rəhbərliyi dəyişdirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bazanın komandiri polkovnik Andrey Rudzinski istefaya göndərilib.

Məlumatda bildirilib ki, Gümrüdə qətl baş verən ərəfədə həbçilərə məsləhət vermiş psixoloq da işdən çıxarılıb.

Xatırladaq ki, bu il yanvarın 12-də Gümrüdəki adı çəkilən bazanın müddətli hərbçisi Valeri Permyakov bir erməni ailəsinin 6 aylıq körpəsi və 2 yaşlı uşağı da daxil olmaqla 7 üzvünü qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi