​Rusiyanın dövlət qulluqçularına xarici aviaşirkətlərlə uçmaq qadağan edilib

​Rusiyanın dövlət qulluqçularına xarici aviaşirkətlərlə uçmaq qadağan edilib Onlar yalnız istisna hallarda bundan istifadə edə bilərlər
Region
15 Oktyabr , 2015 03:11
​Rusiyanın dövlət qulluqçularına xarici aviaşirkətlərlə uçmaq qadağan edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiyanın məmur və deputatlarının üzərinə ezamiyyətə yalnız Rusiya və ya Avrasiya İqtisadi İttifaqı ölkələrindən olan aviaşirkətlərlə uçmaq öhdəliyi qoyulub.

"Report" xəbər verir ki, bu barədə prezidentin 30.09.2015-ci il tarixində təsdiq olunmuş müvafiq fərmanına edilən düzəlişlərdə bildirilir.

Dövlət qulluqçuları xarici aviadaşıyıcılardan yalnız o halda istifadə edə bilərlər ki, Rusiya aviaşirkətləri onların ezamiyyətə yollandığı istiqamətdə uçuşlar təşkil etməsinlər və ya onların "mülkü qulluqçunun bütün ezamiyyət müddəti üçün" reysləri olmasın.

Dövlət qulluqçularının ezamiyyətə yollanan zaman istifadə edə biləcəkləri aivaşirkətlərin siyahısının formalaşdırılması barədə hökumətə tapşırıq verilib.

Son xəbərlər

Orphus sistemi