​Rusiyanın Cənubi Osetiyadakı hərbi bazasında partlayış olub

​Rusiyanın Cənubi Osetiyadakı hərbi bazasında partlayış olub Hadisə Tsxinvalinin yaxınlığındakı dördüncü bazada baş verib
Region
25 Fevral , 2015 13:38
​Rusiyanın Cənubi Osetiyadakı hərbi bazasında partlayış olub

Bakı.25 fevral. REPORT.AZ/ Rusiyanın Cənubi Osetiyadakı sursat anbarında partlayış baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Cənubi Osetiyanın hüquq-mühafizə orqanları bildirib.

Məlumata görə, hadisə bölgənin mərkəzi Tsxinvalinin yaxınlığındakı Rusiyanın dördüncü hərbi bazasında baş verib.

Rusiyanın tanınmamış "Cənubi Osetiya"dakı hərbçiləri partlayışın səbəbini açıqlayıb. Onlar bildirib ki, əslində Tsxinvalidə köhnəlmiş sursatların plana uyğun məhv edilməsi aparılıb.

Son xəbərlər

Orphus sistemi