Rusiyalı deputat Mərkəzi Banka deşikli rubl buraxmağı təklif edib

Rusiyalı deputat Mərkəzi Banka deşikli rubl buraxmağı təklif edib Solovyovun fikrincə, dəmir pul üzərində deşik metala qənaət etməyə imkan verəcək
Region
16 Dekabr , 2015 12:13
Rusiyalı deputat Mərkəzi Banka deşikli rubl buraxmağı təklif edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Dövlət Dumasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu üzrə komitəsinin sədr müavini Vadim Solovyov Rusiya Mərkəzi Bankına maraqlı təklif irəli sürüb.

"Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, rusiyalı deputat Mərkəzi Banka yazdığı məktubda qənaətçiliyə görə 1, 2, 5 və 10 rublluq dəmir sikkələrin kəsimi zamanı ortada deşik açılmasını və qəpiklərin yeni formada dövriyyəyə buraxılmasını təklif edib.

Solovyovun fikrincə, dəmir pul üzərində deşik metala qənaət etməyə imkan verəcək.

Deputat vurğulayıb ki, artıq Danimarka və Norveçdə belə dəmir pullar buraxılır.

Son xəbərlər

Orphus sistemi