Rusiyadan Türkiyəyə ilk çarter uçuşu sabah reallaşacaq

Rusiyadan Türkiyəyə ilk çarter uçuşu sabah reallaşacaq Moskvadan qalxacaq "Boeing 767" tipli təyyarənin 309 sərnişin ilə Antalya Hava Limanında enməsi gözlənilir
Region
1 Sentyabr , 2016 20:43
Rusiyadan Türkiyəyə ilk çarter uçuşu sabah reallaşacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiya ilə Türkiyə arasındakı problemlərin aradan qaldırılmasından sonra ilk çarter uçuşu sabah reallaşacaq.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Antalya Valiliyindən verilən açıqlamada deyilir ki, Rusiya ilə Türkiyə arasındakı çarter uçuşlarının yenidən başlaması istiqamətində razılaşmanın imzalanmasından sonra ilk uçuş sentyabrın 2-də baş tutacaq. Belə ki, sabah Moskvadan qalxacaq "Royal Flight" hava yollarına aid "Boeing 767" tipli təyyarənin 309 sərnişin ilə Türkiyə vaxtı ilə saat 19:55-də Antalya Hava Limanında enməsi gözlənilir.

Rusiyadan gələcək qonaqlar üçün hava limanında kokteyl qonaqlığı təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi