Bakı. 6 may. REPORT.AZ/ Bu ilin martında Rusiyadan Ermənistana bank vasitəsi ilə fiziki şəxslər üçün göndərilən pul köçürmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2% azalaraq, təxminən 59,4 milyon dollar təşkil edib.
"Report" "newsarmenia"ya istinadən xəbər verir ki, bu haqda Ermənistan Mərkəzi Bankı məlumat yayıb.
2015-ci ilin martında respublikaya fiziki şəxslər üçün göndərilən pulun ümumi həcmi 84,9 milyon dollar olub. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 48,3% azdır.
Bank 2015-ci ildə Ermənistana pul köçürmələrin həcminin 30% azalacağını proqnozlaşdırır.