​Rusiyadakı türk iş adamı bir günlük qazancını vurulan təyyarənin ölən pilotun ailəsinə verəcək

​Rusiyadakı türk iş adamı bir günlük qazancını vurulan təyyarənin ölən pilotun ailəsinə verəcək Sefa Buzgan: "Ehtiyacları olmasa da ailəyə dəstək üçün belə bir qərar qəbul etdik"
Region
30 Noyabr , 2015 12:22
​Rusiyadakı türk iş adamı bir günlük qazancını vurulan təyyarənin ölən pilotun ailəsinə verəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiyada çalışan Türkiyə vətəndaşı olan iş adamı Sefa Buzgan bir günlük qazancını Türkiyə Silahlı Qüvvələrinin vurduğu Rusiya təyyarəsinin ölən pilotunun ailəsinə bağışlamaq istədiyini bildirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Sefa Buzganın Rusiyada dörd restoranı var. O deyib ki, dekabrın 2-də 4 iaşə obyektindən gələn gəliri noyabrın 24-də Türkiyənin hava sərhədini pozarkən vurulan "Su-24" döyüş təyyarəsinin ölən pilotu Oleq Peşkovun ailəsinə vermək istəyir: "Ehtiyacları olmasa da ailəyə dəstək üçün belə bir qərar qəbul etdik".

Son xəbərlər

Orphus sistemi