Rusiyada vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan 2 azərbaycanlı aşkarlanıb

Rusiyada vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan 2 azərbaycanlı aşkarlanıb Nigah şəhadətnamələrinin etibarsız sayılması məqsədi ilə Sankt-Peterburq prokururluğu məhkəməyə müraciət edib
Region
26 Avqust , 2015 22:10
Rusiyada vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan 2 azərbaycanlı aşkarlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində aparılan yoxlamalar zamanı vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan Azərbaycan vətəndaşları aşkarlanıb.

"Report" "Rosbalt" agentliyinə istinadən xəbər verir ki, Sankt-Peterburq şəhər prokurorluğu azı iki belə faktın üstünü açıb.

Rusiya vətəndaşlığını qısa müddətə almağa imkan verən nigah şəhadətnamələrinin etibarsız sayılması məqsədi ilə prokururluq məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi