​Rusiyada Vahid səsvermə günü keçirilir

​Rusiyada Vahid səsvermə günü keçirilir Ümumilikdə 11 min müxtəlif səviyyəli seçki təşkil olunacaq
Region
13 Sentyabr , 2015 11:27
​Rusiyada Vahid səsvermə günü keçirilir

Bakı. 13 sentyabr. REPORT.AZ/ Rusiyada Vahid səsvermə günü keçirilir.

"Report" xəbər verir ki, müxtəlif səviyyəli seçkilər Rusiyanın 85 regionundan 83-də təşkil olunacaq.

Bu gün ümumilikdə təqribən 11 min müxtəlif səviyyəli seçki keçiriləcək. Onlar səs vermək hüququ olan ölkə vətəndaşlarının yarıdan çoxunu əhatə edəcək.

Məlumata görə, 21 regionda qubernator seçiləcək, 11 subyektdə isə regional parlament seçkiləri keçiriləcək. Bundan əlavə, bələdiyyə qurumlarının 23 nümayəndəlik orqanına seçkilər baş tutacaq. Həmçinin 70-dən çox yerli referendum təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi