​Rusiyada təhsil alan xarici tələbələrin sayı 186 min nəfərə çatıb

​Rusiyada təhsil alan xarici tələbələrin sayı 186 min nəfərə çatıb Onların sırasında azərbaycanlılar da az deyil
Region
19 Fevral , 2015 07:55
​Rusiyada təhsil alan xarici tələbələrin sayı 186 min nəfərə çatıb

Bakı. 19 fevral. REPORT.AZ/ 2014-cü il ərzində Rusiya ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 14% artıb və hazırda 186,6 min nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Novosibirsk Dövlət Universitetinə istinadən "Vedomosti" qəzeti yazıb.

Rusiyada təhsil alan əcnəbi tələbələr arasında Qazaxıstan (28%), Belarus (9,4%), Ukrayna (8,5%), Türkmənistan (8,4%) və Özbəkistan (8%) vətəndaşları üstünlük təşkil edir.

Bundan əlavə, ali məktəb tələbələri arasında Azərbaycan, Tacikistan və Moldova, həmçinin Uzaq Şərqdən Çin və Hindistan vətəndaşları da az deyil.

Hər il 15 min əcnəbi tələbə dövlət hesabına Rusiya məktəblərində təhsil almaq imkanı qazanır. Bu kvota Rusiya ali təhsilinin beynəlxalq səviyyədə rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib.

Son xəbərlər

Orphus sistemi