Rusiyada MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb

Rusiyada MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb Hadisə Moskva vilayətinin Voskresensk rayonunda baş verib
Region
4 Dekabr , 2014 16:20
Rusiyada MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Voskresensk rayonunda, Çemudorovo yaşayış məntəqəsində MiQ-29 təlim qırıcı təyyarəsi qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə güc strukturlarından bildiriblər.  

Təyyarə qarajların yaxınlığında, yerli məktəb binasından 100 metr aralıda düşüb. 

Xilasetmə əməliyyatında üç texnika və 12 xilasedici iştirak edir. Qəza zamanı iki pilot yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.  

İngilis versiyası MiG-29 fell in Moscow region

Son xəbərlər

Orphus sistemi