Rusiyada imamın müavini öldürülüb

Rusiyada imamın müavini öldürülüb Zakirbek Mahmutov 4 azyaşlı uşaq atası idi
Region
20 Avqust , 2015 20:41
Rusiyada imamın müavini öldürülüb

Bakı. 20 avqust. REPORT.AZ/ Rusiyanın Stavropol diyarı İrakli aulu imamının müavini, 32 yaşlı Zakirbek Mahmutov bu gün gecə saatlarında öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda diyarın Müsəlman Ruhaniləri İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, onun meyiti avqustun 20-də səhər saatlarında diyarın Neftekum rayonunun Qara-Tübe kəndində yaşadığı evin 100 metrliyində aşkarlanıb. Xəbərə görə, onun meyitinin boynunda və bədənində güllə yaraları olub.

Stavropol müftiliyindən bildirilib ki, Zakirbek Mahmutov uşaqlara "Qurani-Kərim"i və ərəb dilini öyrədirmiş: "O, fəal din xadimi və ictimaiyyətçi idi".

Yerli hüquq-mühafizə orqanları qatilin ona həm də avtomat silahdan atəş açdığını bildirib.

Zakirbek Mahmutov 4 azyaşlı uşaq atası idi.  

Son xəbərlər

Orphus sistemi