Rusiyada hərbi hospitalda 2 tibb bacısı qətlə yetirilib, 3 xəstə hərbçi itkin düşüb

Rusiyada hərbi hospitalda 2 tibb bacısı qətlə yetirilib, 3 xəstə hərbçi itkin düşüb Qərb Hərbi Dairəsinin komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə itkin düşən pasientləri axtarır
Region
12 Aprel , 2016 08:39
Rusiyada hərbi hospitalda 2 tibb bacısı qətlə yetirilib, 3 xəstə hərbçi itkin düşüb

Bakı. 12 aprel. REPORT.AZ/ Gecə saatlarında Rusiyanın Peterburq şəhərindəki hərbi hospitalın psixiatriya şöbəsində iki tibb bacısı qətlə yetirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Xəbərdə bidirilib ki, onların meyiti iş yerində aşkar edilib.

Məlumata görə, həmin şöbədən gecə saatlarında 3 hərbçi də itkin düşüb və hazırda onlar axtarılır. Axtarılanlardan biri Mojaysk adına Hərbi-Kosmik Akademiyanın tələbəsidir.

Rusiya Qərb Hərbi Dairəsinin komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə itkin düşən pasientləri axtarır.

Son xəbərlər

Orphus sistemi