Rusiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilotlardan biri ölüb - FOTO - VİDEO

Rusiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilotlardan biri ölüb - FOTO - VİDEO Pilotlar katapult mezanizmindən istifadə edərək xilas olublar
Region
2 Avqust , 2015 15:01
Rusiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilotlardan biri ölüb - FOTO - VİDEO

Bakı. 2 avqust. REPORT.AZ/ Rusiyanın Ryazan vilayətində Mi-28N tipli hərbi helikopter qəzaya uğrayıb. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən məlumatına görə, "Dubroviçi" hərbi poliqonunun səmasında alçaqdan və hündürdən dövrə vuran helikopter yüksək pilotaj nümayiş etdirərkən gözlənilmədən düşməyə başlayıb. Pilotlardan birisi vaxtında helikopteri tərk edə bilməyərək həlak olub.

Yanğın qısa müddətdə söndürülüb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi