​Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

​Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb Hazırda qəza baş verən ərazidə axtarış davam etdirilir
Region
3 May , 2016 10:22
​Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Bakı. 3 may. REPORT.AZ/ Rusiyanın Kamçatka diyarında "Robinson-44" tipli helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

"Helikopterin bu modeli 4 nəfər üçün nəzərdə tutulub. "Robinson"dakı sərnişinlərin sayı məlum deyil. Hazırda qəza baş verən ərazidə axtarış davam etdirilir", - Baş İdarədən bildirilib.

Məlumata əsasən, hadisə Petropavlovsk-Kamçatkadan 80 km aralı, Rus buxtasının sahillərində baş verib.

Qəza ilə bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi