Rusiyada geoloji kəşfiyyat işlərinin həcmi xeyli azalacaq

Rusiyada geoloji kəşfiyyat işlərinin həcmi xeyli azalacaq "Rosgeologiya"nın rəhbəri: "Geoloji işlərin tempi və həcmində 10 faizlik azalma gözlənilir"
Region
29 Dekabr , 2015 13:06
Rusiyada geoloji kəşfiyyat işlərinin həcmi xeyli azalacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ 2016-cı ildə Rusiyada geoloji işlərin tempi və həcmində 10 faizlik azalma gözlənilir. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı "Rosgeologiya"nın rəhbəri Roman Panov verib.

Onun sözlərinə görə, bu azalma neft bazarındakı çətin vəziyyət, eləcə də Rusiya valyutasının devalvasiyaya uğraması ilə bağlıdır.

O bildirib ki, artıq 2015-ci ildə quruda aparılan seysmoloji kəşfiyyat işlərinin həcmi 2014-cü illə müqayisədə 20% aşağı düşüb, dəniz seysmoloji kəşfiyyatı isə təxminən 10% azalıb.

Ümumiyyətlə, "Rosgeologiya"da hazırda seysmik donanmada ixtisarlar gedir.

Son xəbərlər

Orphus sistemi