​Rusiyada evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb

​Rusiyada evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb Hadisə yerinə 21 nəfər, 8 yanğınsöndürən texinka cəlb edilib
Region
9 May , 2016 09:39
​Rusiyada evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb

Bakı. 9 may. REPORT.AZ/ Rusiyanın Sverdlovsk vilayətinin Suxoy Loq şəhərində xüsusi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Sverdlovsk üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya görə, yanğının baş verməsinə səbəb sobanın nasazlığı olub.

"Bizim məlumatımıza əsasən, yanğın nəticəsində 9 nəfər həyatını itirib: ev sahibinin ailəsi, qonaq gələn ailə və daha bir kişi qonaq. Bir nəfəri xilas etmək mümkün olub. Çox güman ki, yanğının baş verməsinə səbəb evin yanındakı hamamda soba sisteminin nasazlığıdır", - deyə, mətbuat xidməti bildirib.

Hadisə yerinə 21 nəfər, 8 yanğınsöndürən texinka cəlb edilib. Yanğın söndürülüb. 

Son xəbərlər

Orphus sistemi