​Rusiyada 871 ton qadağan olunmuş məhsul məhv edilib

​Rusiyada 871 ton qadağan olunmuş məhsul məhv edilib Bu məhsulun 576 kq.-ı Rusiyaya əl yükündə gətirilib
Region
16 Avqust , 2015 16:44
​Rusiyada 871 ton qadağan olunmuş məhsul məhv edilib

Bakı. 16 Avqust. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin mütəxəssisləri avqustun 6-dan ölkə ərazisinə gətirilməsi qadağan olunan 871 ton məhsulu məhv ediblər.

"Report" xəbər verir ki, bu barədə Federal Xidmətin mətbuat katibliyinin məlumatında bildirilir.

"İndiyədək 550 ton bitki mənşəli qida məhsulu götürülərək məhv edilib. Bundan əlavə, 321 ton heyvan mənşəli qida məhsulu müsadirə edilib", - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, bu məhsulun 576 kq.-ı Rusiya ərazisinə əl yükündə keçirilib.

Son xəbərlər

Orphus sistemi