​Rusiyada 72 yaşayış məntəqəsini su basıb

​Rusiyada 72 yaşayış məntəqəsini su basıb 886 fərdi yaşayış evi su altında qalıb
Region
16 Aprel , 2016 12:34
​Rusiyada 72 yaşayış məntəqəsini su basıb

Bakı. 16 aprel. REPORT.AZ/ Yazda çayın səviyyəsinin artması nəticəsində Rusiyanın 72 yaşayış məntəqəsi su altında qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təxminən 3 500 sakinin yaşadığı 886 fərdi yaşayış evi, 1 900 həyətyanı sahə, 64 aztutumlu körpü və 4 avtomobil yolu su altında qalıb.

Xəbərdə bildirilib ki, ölkənin Omsk, Tomsk, Tümen, Kurqan və Voloqodo vilayətlərində vəziyyət daha ağırdır. 

Son xəbərlər

Orphus sistemi