Rusiyada 103 min namizəd deputat mandatı uğrunda mübarizə aparacaq

Rusiyada 103 min namizəd deputat mandatı uğrunda mübarizə aparacaq Dumaya seçkilər qarışıq sistem üzrə keçiriləcək
Region
15 Sentyabr , 2016 14:09
Rusiyada 103 min namizəd deputat mandatı uğrunda mübarizə aparacaq

Bakı.15 sentyabr. REPORT.AZ/ Rusiyada Dumaya keçiriləcək seçkidə seçicilər 95 836 seçki məntəqəsində səs verəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiyada 111 milyon seçicinin səsvermə hüququ var.

Məlumata görə, 124 seçki məntəqəsi gəmidə, 371 seçki məntəqəsi isə Rusiyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılıb.

Qeyd edək ki, Dumaya seçkilər qarışıq sistem üzrə keçiriləcək. Sentyarbın 18-də keçiriləck seçkidə 225 deputat partiya siyahısı, 225 deputat isə birmandatlı dairə üzrə seçiləcək. Bu siyasi kampaniyada 103 min namizəd iştirak edir.

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi açılıb. Azərbaycanda yaşayan və işləyən Rusiya vətəndaşları bu məntəqədə səs verə bilərlər.

Son xəbərlər

Orphus sistemi