​Rusiya XİN: "Türkiyədə tutulanlar rusiyalı diplomatlarla təmasdan imtina ediblər"

​Rusiya XİN: "Türkiyədə tutulanlar rusiyalı diplomatlarla təmasdan imtina ediblər" Onların qaldığı yerdə xüsusi təyinatlı polis dəstəsinin axtarışı nəticəsində İŞİD-ə aid sənəd və CD aşkar edilərək götürülüb
Region
13 Yanvar , 2016 18:37
​Rusiya XİN: Türkiyədə tutulanlar rusiyalı diplomatlarla təmasdan imtina ediblər

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində keçirilən antiterror əməliyyatı zamanı tutulan Rusiyanın 3 vətəndaşı rusiyalı diplomatlarla təmasdan imtina ediblər.

"Report" məlumatına görə, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Polisin təqdim etdiyi protokolda adları göstərilənlər Rusiyanın Türkiyədəki konsulluğunun əməkdaşları ilə təmasdan imtina ediblər", - deyə nazirlik bildirib.

Qeyd edək ki, yanvarın 12-də İstanbulda törədilən terrordan sonra yerli təhlükəsizlik orqanları Antalyada antiterror əməliyyatı keçirib. Rusiyanın 3 vətəndaşı terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək, tutulub. Onların qaldığı yerdə xüsusi təyinatlı polis dəstəsinin axtarışı nəticəsində bu qruplaşmaya aid sənəd və CD aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi