Bakı. 18 sentyabr. REPORT.AZ/ Əgər ATƏT-in humanitar icra strukturları "özlərini piar etməyi" dayandırmazsa və "Qərb havadarlarının istəyinə görə hərəkət etməyə" son qoymasalar, Rusiya onların mandatına yenidən baxılması məsələsini qaldıra bilər"
"Report" xəbər verir ki, bu barədə ATƏT-in bəşəri meyarlar sahəsində öhdəliklərinin yerinə yetirilməsinin nəzərdən keçiriləcək illik toplantısı ərəfəsində Rusiya
"Təəssüflər olsun ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), milli azlıqlar məsələləri üzrə Ali Komissarı və ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi ATƏT ölkələrinin aktual problemlərindən tamamilə təcrid olunaraq virtual reallıqda qalmaqda davam edir", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bununla əlaqədar olaraq, əgər ATƏT-in humanitar icra strukturları "özlərini piar etməyi" dayandırmazsa, ATƏT məkanında bəşəri meyarlar sahəsində real işlər həyata keçirməzsə və "Qərb havadarlarının istəyinə görə hərəkət etməyə" son qoymazsa, Rusiya onların mandatına yenidən baxılması, həmçinin, qurumun ştat strukturu və maliyyələşdirmə məsələsini qaldıra bilər.