Bakı. 18 fevral. REPORT.AZ/ "Ankarada törədilən terrora heç bir halda haqq qazandırılmamalı və bu hücumu təşkil edənlər cəzalandırılmalıdır".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin paytaxtı Ankarada törədilən terrorla bağlı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) verdiyi başsağlığı mətnində bildirilib.
"Ankaradakı terror hücumu bütün ölkələrin beynəlxalq terrora qarşı mübarizədə birləşməsinin vacibliyini göstərir", - XİN bildirib.
Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.