​Rusiya Xəzərdən atılan raketlərin İrana düşməsi xəbərini təkzib edib

​Rusiya Xəzərdən atılan raketlərin İrana düşməsi xəbərini təkzib edib İqor Konaşenkov: "Gəmilərdən atılan bütün raketlər öz hədəflərini tapıb"
Region
9 Oktyabr , 2015 00:42
​Rusiya Xəzərdən atılan raketlərin İrana düşməsi xəbərini təkzib edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi Xəzərdən gəmilər vasitəsi ilə atılan raketlərin İrana düşməsi xəbərini təkzib edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya hərbi idarəsinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyanat yayıb.

"Biz CNN-dən fərqli olaraq anonim mənbələrə istinadən danışmırıq, əksinə raketlərimizin atılmasını və onlar tərəfindən hədəflərin vurulmasını əməli olaraq real vaxt rejimində göstəririk", - deyə o bildirib.

"Ümumi danışa bilmərəm, lakin bu sahədə çalışan istənilən peşəkar bilir ki, bu kimi əməliyyatlar aparılan zaman, həmişə hədəfin zərbədən əvvəlki və sonrakı təsviri qeydə alınır. Bununla yanaşı, Suriya üzərində gecə-gündüz bizim pilotsuz uçan aparatlar qrupumuz işləyir", - deyə o bildirib.

"Ona görə, dünən yüksək dəqiqlikli silah ilə Suriyada İŞİD-in infrastrukturuna endirdiyimiz zərbələr Pentaqon və Lenqlidəki həmkarlarımız üçün nə qədər xoşagəlməz və "gözlənilməz" olsa da, hər halda gəmilərdən atılan bütün raketlər öz hədəflərini tapıb", - deyə general qeyd edib.

"Bu faktdır. Yoxsa terrorçu İŞİD qruplaşmasının Suriyada bir-birindən əhəmiyyətli dərəcədə aralı yerləşən obyektlərinin ötən gün öz-özünə partlamasını etiraf etməli olardıq. Özü də sinxron olaraq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi